Fransa iqtisadiyyatı gözləniləndən çox artım göstərib | Banco.az

Fransa iqtisadiyyatı gözləniləndən çox artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransadan gələn məlumatlar Avrozona üçün ümid işığı olub.

Banco.az xəbər verir ki, Fransa iqtisadiyyatı gözlənilən çox artım göstərərkən, inflyasiyanın sürətində də zəifləmə müşahidə olunub.

Belə ki, Avropanın ikinci böyük iqtisadiyyatına sahib Fransada ilin ikinci rübündə 0,5 faiz artıb qeydə alınıb. İqtisadçılar isə 0,1 faizlik artım gözləyirdilər.

Digər tərəfdən, ölkədə istehlak qiymətləri iyul ayında bir il əvvəllə müqayisədə 5 faiz artıb ki, bu rəqəm Rusiyanın Ukraynaya təcavüzündən sonra qeydə alınan ən aşağı göstəricidir. 

Qeyd edək ki, Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniya hazırda ən əsas zəif nöqtə kimi görülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram