Fransa "Google"a 593 milyon dollar cərimə kəsdi | Banco.az

Fransa "Google"a 593 milyon dollar cərimə kəsdi

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi "Google"a Fransada xəbərlərin müəllif hüquqlarına dair razılaşmanı pozması səbəbilə 500 milyon avro (593 milyon dollar) cərimə tətbiq edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Google" şirkəti ilə xəbər saytları və qəzetlər arasındakı gərginlik uzun müddətdir ki, davam edir. Şirkət ilin əvvəlində ölkədə 300 mətbuat orqanını təmsil edən mətbu cəmiyyətlə müəllif hüququ üzrə razılıq əldə etmişdi. 

Ancaq indi isə Fransa texnologiya nəhənginin bu razılaşmanı pozduğu iddiası ilə cərimə tətbiq edib. 

Qeyd edək ki, sözügedən cərimə Fransada bir şirkətə tətbiq edilən ikinci ən böyük inhisar cəzası kimi müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et