Fransa Çinə rekord məbləğdə gəmi sifarişi verib | Banco.az

Fransa Çinə rekord məbləğdə gəmi sifarişi verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin gəmiqayırma şirkəti “CSSC” Fransadan rekord məbləğdə sifariş alıb.

Banco.az xəbər verir ki, Fransa gəmiçilik şirkəti “CMA CGM” Çin Dövlət Gəmiqayırma Korporasiyası (CSSC) ilə 16 böyük konteyner gəmisinin inşası üçün razılığa gəlib.

Ümumi dəyəri 3,2 milyard dollar olan sövdələşmə Çin şirkətinin bir dəfədə aldığı ən böyük həcmli gəmi sifarişidir.

Müqavilə çərçivəsində Fransa şirkətinə 23 min TEU tutumlu 4, 15 min TEU tutumlu 12 gəmi təslim ediləcək.

Qeyd edək ki, gəmilər “CSSC”nin Çinin Şanxay və Dalian şəhərlərindəki gəmiqayırma zavodlarında tikiləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram