Fransa Avropanın ən dəyərli birjası olmaq üzrədir | Banco.az

Fransa Avropanın ən dəyərli birjası olmaq üzrədir

Tamara Mustafayeva, Banco.az

Fransa Avropanın ən dəyərli birjası olmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Fransanın "CAC 40" indeksi 2.16 trilyon avroluq bazar dəyərinə çatmaqla 2.42 trilyon dollarlıq göstəriciyə sahib İngiltərənin "FTSE 100" indeksini taxtından endirməyə hazırlaşır.

Fransanın "CAC 40" indeksi bu il 20% yüksələrək Stokholm "OMX" indeksindən başqa digər bütün Avropa birjalarından daha yaxşı fəaliyyət dinamikasına imza atıb.

Qeyd edək ki, sözügedən birja ötən 10 il ərzində telekommuniya şirkətləri və banklara görə qənaətbəxş dinamikaya sahib idisə, hazırki yüksəlişdə lüks istehlak sektorunun indeksdə aparıcı mövqeyə sahib olmasının böyük təsiri var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram