"Apple", istifadəçilərə hansı tətbiqlərin onları izləyə biləcəyinə qərar verməyə imkan verən iPhone və iPad-lərdə Tətbiq İzləmə Şəffaflığı (ATT) funksiyasına görə antiinhisar orqanı tərəfindən ilk cəzası ilə üzləşdi.
Banco.az xəbər verir ki,Fransanın rəqabət orqanı şirkəti 150 milyon avro cərimələyib.
Cəza onlayn reklamla bağlı müxtəlif assosiasiyaların şikayətlərindən sonra başladılan araşdırmadan sonra verilib. Assosiasiyalar Apple-ın bazar gücündən sui-istifadə etdiyini iddia edirdilər.
İdarə Heyətinin verdiyi açıqlamada, ATT-nin hədəflədiyi məqsədin özlüyündə tənqid oluna bilməyəcəyi və həyata keçirmə metodunun Apple-ın elan etdiyi şəxsi məlumatları qorumaq məqsədi ilə "nə zəruri, nə də mütənasib" olduğu ifadə edildi.
Fransa tənzimləyicisi həmçinin Apple-dan qərarı yeddi gün ərzində öz saytında dərc etməyi tələb edib.
Cərimə, App Store məhdudiyyətləri vasitəsilə rəqiblərinə musiqi axınına mane olduğu üçün Avropa İttifaqının rəqabət orqanı tərəfindən Apple-a tətbiq edilən 1,8 milyard avro cərimədən aşağıdır. Aİ-nin qərarına İsveçin rəqəmsal musiqi platforması Spotify-dan gələn şikayət səbəb olub.
"Apple" Fransa tənzimləyicisinin qərarından məyus olduğunu ifadə etdi, lakin agentliyin ATT adlı məxfiliyə nəzarət alətində heç bir konkret dəyişiklik tələb etmədiyini qeyd etdi.
Apple-ın Tətbiq İzləmə Şəffaflığı təcrübəsi də Almaniyanın rəqabət orqanı tərəfindən yoxlanılıb. Fevral ayında Almaniya hakimiyyəti Apple-ı öz məhsullarına xüsusi imtiyazlar verməkdə ittiham edib.