“Formula-1”in keçiriləcəyi bəzi yollar bu gecədən bağlanacaq | Banco.az

“Formula-1”in keçiriləcəyi bəzi yollar bu gecədən bağlanacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, 20 aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et