Forexi öyrənmək üçün 4 praktiki üsul | Banco.az

Forexi öyrənmək üçün 4 praktiki üsul

Forexi öyrənmək üçün bir sıra üsullar var. Ancaq ən praktiki üsulları sizin üçün ayırmışıq.

Foreks istənilən vaxt əməliyyat aça bilmək, bazarda müstəqil hərəkət edə bilmək və yüksək qazanc potensialı sayəsində sərmayəsini qiymətləndirmək istəyən bir çox insan üçün maraq yığmağa davam edir.

Foreksdə əməliyyat etmək sizə asan görünsə də əslində bazarda mənfəət əldə etmək və ondan da vacibi pul itirməmək üçün bir sıra məlumatların öyrənilməsi mütləq şərtlərdəndir.

Sıfırdan başlayaraq Forexi öyrənmək üçün yaxşı bir planlaşdırma və strategiya lazımdır. Bu yazıda Forexi öyrənməyinizi təmin edəcək və işinizə yarayacaq dörd praktik üsuldan bəhs edəcəyik.

1. Bir siyahı hazırlayın

Bir şeyi öyrənmək üçün yeni yollar axtarın. Məsələn mən ümumiyyətlə yeni bir şeylər öyrənməyə başlayanda əhatəli məlumata ehtiyacım olarsa dərhal bir siyahı yaradıram. Əvvəl nələri bilmək lazım olduğunu yazıram daha sonra isə ilk öyrənmək lazım olanlara görə siyahıda sıralama edirəm.

Öyrənməyə çalışdığınız şey forex olduğuna görə qarşınızda çox variant olmayacaq. Buna görə də siyahınızda öyrənməyiniz lazım olan mövzuların sıralanması bu şəkildə ola bilər:

  • Forex bazarına aid ümumi məlumatlar
  • Forex bazarında tez-tez eşidəcəyiniz əsas anlayışlar
  • Əməliyyat əmrləri və nümunə əməliyyatlara göz baxmaq, tətbiq etmək
  • Bazarda analiz üsulları və bunlarla əlaqəli anlayışlar
  • Bazarda sıxlıqla tətbiq olunan strategiyalar və strategiyaların tətbiqi
  • Özünüzə aid strategiya və metodlar

Başlanğıcda siyahı yaratmaq sıxıcı ola bilər amma bazarı öyrənmək üçün ən yaxşı üsullardan biridir.

Ən sərfəli kredit üçün müraciət et

2. Sadə düşünməyə çalışın

Yeni məlumatlar öyrənən zaman işinizi asanlaşdırmağın ən yaxşı yollarından biri daha sadə düşünmək və izahı anlaşılan məqalələr oxumaqdır. Forex onun haqqında məlumatı olmayanlar üçün qarışıq görünə bilər amma öyrəndikcə elə olmadığını görəcəksiniz.

Əsas məsələ forexi öyrənməyə həvəsinizin olmasıdır.

Çalışın foreksin ən sadə izahlarını oxuyun. Bu üsulla hər forex bazarında olub bitənləri tezliklə qavrayacaqsınız.

3. Mənbələrdən faydalanın

Forex haqqında öyrənmək üçün çalışın internetdə daim axtarış edin. Bizim saytdakı məqalələrdən yararlana bilərsiniz. Lakin sizə məsləhətimiz odur ki öyrənməyə bir mənbədən başlayasınız. Beləcə məlumatları qarışdırmazsınız və ən azından ehtiyacınız olan bir çox məlumatı bir mənbədən ala bilərsiniz

Forex haqqında bir çox kitablar mövcuddur. Çalışın o kitablardan yararlanasınız.

4. Demo hesabda məşq edin

Forex haqqında hər şeyi bir neçə saat və ya bir neçə gündə öyrənməyə çalışmayın. Forexi öyrənmək üçün yuxarıda da qeyd etdiyimiz kimi bir siyahı tutun və o siyahıda yazılanları müəyyən müddət ərzində öyrənməyə başlayın.

Öyrənmək üçün bu sahəyə maraq və vaxt ayırmağınız mütləqdir. Ən çox tövsiyyə etdiyimiz üsul bütün forex məqalələrində olduğu kimi burada da qeyd edək ki demo hesabda məşq edin. 

Real hesaba başlamazdan əvvəl Forexin demo hesabından istifadə edərək praktika etməyə başlamağınız məlumatların ağılda qalıcı olmasını təmin edəcək və sizi real bazara hazırlayacaq.

©Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et