Beynəlxalq maliyyə bazarlarında Avrozona və ABŞ-dan açıqlanacaq önəmli göstəricilər öncəsi EUR/USD məzənnəsində korreksiya müşahidə edilir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bazar ertəsindən etibarən bahalaşma müşahidə edilir. Lakin bahalaşma müvəqqəti amillərlə əlaqələndirilir və 0.3%-ə kimi davam etdikdən sonra ucuzlaşmanın sürətlənə biləcəyi proqnozlaşdırılır.
EUR/USD məzənnəsi də 1.13$-ın altında ticarət edilir və bu səviyyənin altında qalarsa, 1.12$-a kimi ucuzlaşa bilər.
USD/TRY məzənnəsi isə 5.70TL ətrafında dalğalanır və 5.83TL-yə kimi bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın gələcək iqtisadi vəziyyətinə dair gözləntiləri ölçən indeksin və 16:30-da ABŞ-dan inflyasiya və pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
InvestAz