Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın avtomobil istehsalçısı “Ford Motor” üçüncü rübdə xalis mənfəətini 26% azaldıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Məlumata görə, üçüncü rübdə xalis mənfəət ötən ilin müvafiq dövründəki 1,2 milyard dollarla müqayisədə 892 milyon dollar təşkil edib. Bildirilir ki, bu rəqəmə elektrikli avtomobillərlə bağlı daha əvvəl elan edilmiş 1 milyard dollarlıq xərc də daxildir.
Düzəliş edilmiş mənfəət bir səhm üçün 49 sent təşkil edib. Gəlir 5% artaraq 46,2 milyard dollara çatıb.
Qeyd olunur ki, İyul-sentyabr aylarında “Ford” ötən ilin analoji dövründəki 1,086 milyon ilə müqayisədə 1,095 milyon avtomobil tədarük edib. Bundan əlavə, avtomobil istehsalçısı dekabrın 2-də ödənilməli və noyabrın 7-də bağlanan səhm üçün 15 sentlik rüblük divident elan edib.