Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da yerləşən avtomobil istehsalçısı "Ford" ötən il ölkədə avtomobil satışlarını 6 faiz artıraraq 2019-cu ildən bəri ən yüksək illik satış göstəricisinə nail olub.
Banco.az xəbər verir ki, şirkət Ford-un bazar payının ilin əvvəlindən bəri 0,6 faiz bəndi artaraq 13,2%-ə çatdığını açıqladı.
Açıqlamada şirkətin ümumi avtomobil satışlarının ötən il 6 faiz artaraq 2.204.124 ədədə çatdığı bildirilir.
Pikap və hibrid nəqliyyat vasitələrinə tələbatın satışların artmasında təsirli olduğu vurğulandı və "Ford"un bu göstərici ilə 2019-cu ildən bəri ən yaxşı illik satış nəticəsini əldə etdiyi bildirildi.
Digər tərəfdən, açıqlamada qeyd olunub ki, Ford-un elektrikli avtomobil satışları ötən il 14,1 faiz azalıb, hibrid avtomobil satışları isə 21,7 faiz artıb.
