"Ford" milyardlarla dollarlıq batareya müqaviləsini ləğv edib | Banco.az

"Ford" milyardlarla dollarlıq batareya müqaviləsini ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford” milyardlarla dollarlıq batareya müqaviləsini ləğv edib.

Banco.az xəbər verir ki, Cənubi Koreya şirkəti tənzimləyici quruma verdiyi açıqlamada “Ford” şirkətinin “LG”yə verdiyi sifarişləri ləğv etdiyini bildirdiyinə dair rəsmi məlumat aldığını qeyd edib. Bildirilib ki, “Ford” tərəfindən ləğv olunan sifarişlərin həcmi “LG”nin ötən ilki ümumi gəlirinin üçdə birindən çoxdur.

“LG” “Ford” şirkətinin elektrikli avtomobillər sahəsində ixtisar planlarının son qurbanı kimi önə çıxıb. ABŞ-lı avtomobil istehsalçısı bu yaxınlarda bu sahə ilə bağlı 19,5 milyard ABŞ dolları məbləğində xərci siləcəyini və elektrikli “F-Series” yük avtomobillərinin istehsal planlarını ləğv edəcəyini açıqlayıb.

Şirkət həmçinin koreyalı “SK Innovation” ilə ABŞ-da həyata keçirdiyi batareya təşəbbüsünü də dayandırıb. “Ford” şirkətinin bu həftə verdiyi açıqlamalar elektrikli avtomobillər dövrünün daha qeyri-müəyyən və daha gərgin bir mərhələyə daxil olduğuna dair siqnal kimi qiymətləndirilir.

Avropa Komissiyası daxili yanma mühərriklərindən mərhələli şəkildə imtina planından geri addım atıb və istehsalçılara, eləcə də istehlakçılara benzinli nəqliyyatdan imtina etmək üçün daha çox vaxt tanıyıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram