31 İyul 2019-cu il tarixinə fiziki şəxslərin banklardakı əmanətləri (əhalinin əmanətləri) 8 milyard 580 milyon manat təşkil edib.
İyun ayının sonu ilə müqayisədə İyulda fiziki şəxslərin banklardakı əmanətləri 156,3 milyon manat azalıb. İyunun sonunda əmanətlər 8 milyard 736,3 milyon manat təşkil etmişdi.
İyul ayında milli valyutada olan əmanətlər 56,3 milyon manat azalaraq 3 milyard 744,7 milyon manata, xarici valyutada olan əmanətlər isə 99,9 milyon manat azalaraq 4 milyard 835,4 milyon manata düşüb.
İyulun sonunda cəmi əmanətlərin 43,6%-i milli valyutada, 56,4%-i xarici valyutada olub.
Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən etmişdir. Bu tarixdən əvvəl yuxarı hədlər müvafiq olaraq 15% və 3% idi.
Marja