Fond bankın əmlakını satıb | Banco.az

Fond bankın əmlakını satıb

Ləğvetmə prosesində olan “Royalbank” ASC-nin balansındakı “Lexus GS-350” markalı nəqliyyat vasitəsi (qeydiyyat nömrə nişanı 90-AR-006, ban nömrəsi JTHCE96S370012146, buraxılış ili 2008, rəngi qara) satılıb.

Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Məlumatda deyilir ki, avtomobil iyulun 25-də Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 156 (20A), 1933-cü məhəllə ünvanında yerləşən hərrac mərkəzində açıq hərraca çıxarılıb. Maşının ilkin satış qiyməti 14 525 manat olub və əmlak bu qiymətə qalib şəxsə satılıb.

Mənbə: Report.az