Fiziki şəxslərin müddətli əmanətləri 8,3 mlrd. manatı ötüb | Banco.az

Fiziki şəxslərin müddətli əmanətləri 8,3 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 noyabr tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard 969 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 13,8% və ya 1 milyard 698 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 8 milyard 314 milyon manatı (59,5%) müddətli, 5 milyard 654 milyon manatı isə tələbli depozitlər olub. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 12 milyard 271 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram