Fiziki şəxslərin əmanətləri azalıb | Banco.az

Fiziki şəxslərin əmanətləri azalıb

"Banco.az"ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə ölkədə fiziki şəxslərin bank əmanətlərinin həcmi 2016-cı il iyunun 1-nə 7 566 mln. manat təşkil edib.  Mayın 1-nə nisbətən əmanətlərin həcmi119,9 mln. manat və ya 1,54% azalıb. 

2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 35,1mln. manat və ya 0,46% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Fiziki şəxlərin manatla əmanətlərinin həcmi iyunun 1-nə 1 447,5mln. manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 39,9 mln. manat və ya 2,83% artım deməkdir.

Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 158,9 mln. manat və ya 2,53% azalmışdır.