"Fitch"in Türkiyə bankları üçün zəlzələ hesabatı yayımlanıb | Banco.az

"Fitch"in Türkiyə bankları üçün zəlzələ hesabatı yayımlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” zəlzələyə baxmayaraq, bankların reytinqlərində azalma gözləmir.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə iqtisadiyyatı və bankları ilə bağlı hesabat dərc edib.

“Fitch” öz qiymətləndirməsində Türkiyə banklarının problemli kreditlərində artım ola biləcəyini bildirib.

Bankların reytinqlərinin onsuz da aşağı olduğunu bildirən “Fitch” bu səbəbdən yeni reytinqin aşağı salınmasının nəzərdə tutulmadığını bildirib. "Kreditlərin təxirə salınma müddətləri başa çatdıqdan sonra risklər daha çox görünəcək”, deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik zəlzələdən zərər çəkmiş bölgələrin bank sektorunun ümumi riskinin 9 faizini təşkil etdiyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et