Tamara Mustafayeva, Banco.az
"Fitch" Türkiyənin 2022-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Qlobal İqtisadi Görünüş Hesabatının sentyabr buraxılışını “Tədarük şokları və inflyasiya dünya iqtisadiyyatına ağır zərbə vurmaqdadır” başlığı ilə dərc edib.
Agentlik qlobal iqtisadiyyatın 2022-ci il üzrə artım gözləntisini 2,9 faizdən 2,4 faizə endirib, Türkiyənin artım proqnozunu isə 4,5 faizdən 5,2 faizə yüksəldib.
Hesabatda Avropadakı qaz böhranının, yüksək inflyasiyanın və monetar siyasətin sərtləşdirilməsinin qlobal miqyasda kəskin sürətlənməsinin iqtisadi gözləntilərə ağır zərbə vurduğu qeyd edilib.
Qlobal iqtisadiyyat üzrə artım gözləntilərinin aşağı salındığı hesabatda dünya iqtisadiyyatının bu il 2,4 faiz, 2023-cü ildə 1,7 faiz, 2024-cü ildə isə 2,8 faiz artacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, "Fitch" iyun ayında yayımladığı hesabatda qlobal iqtisadiyyatın 2022-ci ildə 2,9 faiz, 2023 və 2024-cü illərdə isə 2,7 faiz artacağını proqnozlaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!