"Fitch Ratings" Türkiyədəki banklarla bağlı qiymətləndirmələr edib | Banco.az

"Fitch Ratings" Türkiyədəki banklarla bağlı qiymətləndirmələr edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” makroprudensial tənzimləmələrin sadələşdirilməsi istiqamətində atılan addımların ilin III rübündə Türkiyə banklarının marjalarını dəstəklədiyini açıqlayıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” son üç ayı əhatə edən “Türkiyə Bankları Məlumatlarının Monitorinqi” hesabatını dərc edib.

Hesabata görə, Türkiyə bankları ilin üçüncü rübündə faiz dərəcələrinin yüksəlməsi və inflyasiya ilə indeksləşdirilmiş istiqraz gəlirlərinin gözləniləndən daha yaxşı olması, həmçinin makroprudensial tənzimləmələrin sadələşdirilməsi kimi amillərin təsirindən öz göstəricilərini yaxşılaşdırıb.

Artan xalis faiz gəliri hələ də yüksək olan və bu tendensiya ilə davam edən türk lirəsində əmanət xərclərini böyük ölçüdə kompensasiya etsə də, biznes gəlirləri və əmək haqqları əvvəlki dövrlərlə müqayisədə aşağı olsa da, ümumi fəaliyyəti dəstəkləməkdə davam ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, ilin üçüncü rübündə faiz dərəcələrinin artmasının təsiri ilə kredit artımında yavaşlama müşahidə olunub.

Xatırladaq ki, “Fitch”in “Türkiyə Bankları Məlumatlarının Monitorinqi” hesabatı Türkiyədə bank sektoru aktivlərinin 83 faizini təşkil edən 13 bankı əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et