“Fitch Ratings” qlobal iqtisadiyyata dair proqnozunu dəyişib | Banco.az

“Fitch Ratings” qlobal iqtisadiyyata dair proqnozunu dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” qlobal ticarət müharibəsində ciddi eskalasiyaya görə iqtisadi artım proqnozlarını aşağı salıb.

Banco.az xəbər verir ki, “Fitch” reytinq agentliyi keçən ay yayımladığı Qlobal İqtisadi Proqnoz hesabatı üçün xüsusi bir yeniləmə nəşr edib.

Kredit reytinq agentliyinin mövzu ilə bağlı açıqlamasında qlobal ticarət müharibəsində ciddi gərginliyin artmasına cavab olaraq dünya iqtisadi artımı ilə bağlı proqnozların kəskin şəkildə azaldıldığı bildirilib.

Açıqlamada ABŞ iqtisadiyyatının 2025-ci ildə illik 1,2 faiz səviyyəsində müsbət qalmasının gözlənildiyi, lakin ilin gedişində artımın yavaşlayacağı və dördüncü rübdə cəmi 0,4 faiz olacağının proqnozlaşdırıldığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, Çinin iqtisadi artımının bu il və gələn il 4 faizdən aşağı düşəcəyi, Avrozonanın artım tempinin isə 1 faizdən xeyli aşağı qalacağı gözlənilir.

Qeyd olunub ki, dünya iqtisadi artımının bu il 1,9 faiz olacağı proqnozlaşdırılır və bu göstərici COVID-19 pandemiyası istisna olmaqla, 2009-cu ildən bəri qeydə alınan ən zəif artım səviyyəsi olacaq.

Fitch-in mart ayında yayımladığı hesabatda isə qlobal iqtisadi artım proqnozu 2,3 faiz idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram