“Fitch Ratings” Expressbank-ın stabilliyini bir daha təsdiqləyib | Banco.az

“Fitch Ratings” Expressbank-ın stabilliyini bir daha təsdiqləyib

“FitchRatings” beynəlxalq reytinq agentliyi ölkənin ilk kommersiya banklarından biri olan Expressbank-ın kredit reytinqini "B” səviyyəli “stabil” proqnozu ilə yenidən təsdiqləmişdir. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir. Son bir neçə il ərzində bankın göstəricilərinin stabil qiymətləndirilməsi, bazarda bankın sağlam mövqeyi və maliyyə dayanıqlığının göstəricisidir.

Bankın yüksək kapitalı və likvidlik göstəricilərinin, bütün dünyada koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranan risklərin qarşılanmasına imkan verdiyi haqqında Fİtch ratings agentliyinin hesabatında bildirilmişdir.

Xarici valyutada verilmiş kreditlərin 31 mart 2020-ci il tarixinə ümumi portfelin cəmi 9%-ni təşkil etdiyi də müsbət məqamlardan biri olaraq qeyd edilmişdir. Bu göstəricinin sektor üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilmişdir.

Bankın kapital dayanıqlığı reytinqin müəyyən olunmasına güclü təsir göstərmişdir. Belə ki, bankın əsas kapitalı "Fitch Ratings" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 45% təşkil etmişdir.

Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:

Long-Term IDR: affirmed at 'B', Outlook Stable

Ən sərfəli kredit üçün müraciət et

Short-Term IDR: affirmed at 'B'

“Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir. 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et