"Fitch" "Qlobal iqtisadi vəziyyət" hesabatını açıqlayıb | Banco.az

"Fitch" "Qlobal iqtisadi vəziyyət" hesabatını açıqlayıb

Qlobal iqtisadi artım güclü görünür, mərkəzi banklar rahat olublar. 

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin "Qlobal iqtisadi vəziyyət" adlı hesabatında qeyd olunub.

Sənəddə bildirilib ki, ABŞ, avrozona və Çin iqtisadiyyatları bu il qlobal iqtisadi artımın orta sürətindən daha sürətlə inkişaf edəcək, qlobal iqtisadi artım 3%-dən yuxarı olacaq.

"Fitch" bu vaxta qədər zəif ABŞ dolları və ucuz xammal qiymətləri inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarını dəstəklədiyini, bu müsbət təsirin bitəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda, "Brent" markalı neftin qiymətinin yenidən 60 dollar/barel səviyyəsindən aşağı düşə biləcəyi, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımlarının dolları dəstəkləyəcəyi bildirilib. 2018-ci il üçün ABŞ-sa iqtisadi artım sürəti 2,5%-dən 2,7%-ə, 2019-cu il üçün isə 2,2%-dən 2,5%-ə yüksəldilib. Avrozona üçün isə bu göstərici müvafiq olaraq 2,2%-dən 2,5%-ə və 1,7%-dən 1,8%-ə artırılıb. Ötən il 6,9% artan Çin iqtisadiyyatının isə bu il 6,5% artacağı ehtimal edilir.

Hesabatda, bu il üçün ən önəmli risklər arasında, ABŞ-da baza inflyasiyasının kəskin artması, qlobal ticarətdə proteksionist meyllərin artması göstərilib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et