Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch Ratings” qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” bu il qlobal iqtisadiyyat üçün artım proqnozunu 2,6 faizdən 2,7 faizə yüksəldib.
“Fitch” Qlobal İqtisadi Perspektivlər Hesabatının sentyabr buraxılışını "ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar ekspansiya dövrü başlayır" başlığı ilə dərc edib.
Hesabatda qeyd olunub ki, bu il dünya iqtisadiyyatının tarixi tendensiyaya uyğun olaraq 2,7 faiz artacağı gözlənilir.
Hesabatda bu göstəricinin iyun ayında proqnozlaşdırılandan 0,1 bənd yüksək olduğu, ABŞ, Böyük Britaniya, Braziliya və Rusiya üçün artım proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirildiyi bildirilib.
Hesabatda həmçinin bildirilir ki, ABŞ-da artım tempinin azalması səbəbindən qlobal iqtisadi artımın 2025-ci ildə 2,5 faizə, 2026-cı ildə isə 2,4 faizə enməsi gözlənilir.
Bundan əlavə, hesabatda Çinin ixracatdakı sürət itkisi səbəbiylə gələn il artımının yavaşlayacağı, Avrozona artımının isə gələn il bərpa olunacağı qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!