"Fitch" İsrailin kredit reytinqini aşağı salıb | Banco.az

"Fitch" İsrailin kredit reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Fitch" reytinq agentliyi İsrailin kredit reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Qəzzada davam edən müharibə səbəbindən İsrailin kredit reytinqini "A+"dan "A"-a endirib.

Bu barədə agentlik bəyanat yayıb.

Bəyanatda İsrailin kredit reytinqinin "A+"dan "A"-a endirildiyi, proqnozun isə mənfi olduğu bildirilib. Bəyanatda qeyd olunub ki, reytinqin aşağı salınması Qəzzada müharibənin davam etməsi, geosiyasi risklərin artması və hərbi əməliyyatların çoxsaylı cəbhələrə təsirini əks etdirir. İsrailin dövlət maliyyəsinə zərbə vurulduğu diqqətə çatdırılıb.

Bəyanatda bu il İsrailin ümumi daxili məhsulunun (ÜDM) 7,8 faizi həcmində büdcə kəsiri olacağı və borcun orta müddətli dövrdə ÜDM-in 70 faizindən yuxarı qalacağı proqnozlaşdırılıb.

Bəyanatda vurğulanıb ki, geosiyasi risklər də ölkənin mənfi reytinq proqnozunu dəstəkləyib. 

Qeyd edək ki, Qəzzadakı qarşıdurmanın 2025-ci ilə qədər davam edə biləcəyi və onun digər cəbhələrə də keçmə riskinin olduğu bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram