Müəllif: Tamara Mustafayeva, Banco.az
"Fitch" Çinin reytinq proqnozuna yenidən baxıb.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Çinin kredit reytinqi proqnozunu sabitdən mənfiyə dəyişib.
Bu barədə agentlik bəyanat yayıb.
Bəyanatda deyilir ki, artan iqtisadi qeyri-müəyyənliklər və artım modelini daşınmaz əmlak bazarının rəhbərlik etdiyi cari modeldən uzaqlaşdırmaq səyləri reytinq baxımından fiskal buferləri aşındırıb.
Bununla yanaşı, "Fitch" ötən il 5,2 faiz böyüyən Çin iqtisadiyyatında artım tempinin 2024-cü ildə 4,5 faizə qədər yavaşlayacağını proqnozlaşdırıb.
Xatırladaq ki, kredit reytinq agentliyi "Moody's" də ötən ilin dekabrında Çinin reytinq proqnozunu mənfiyə endirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!