"Fitch" Çinin artım proqnozunu yüksəldib | Banco.az

"Fitch" Çinin artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” Çin iqtisadiyyatının bu il üzrə artım proqnozunu 4,1 faizdən 5 faizə yüksəldib.

Banco.az xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinqi agentliyindən məlumat verilib.

“Fitch”in bəyanatında bildirilib ki, artım proqnozunun yuxarı istiqamətli yenidən nəzərdən keçirilməsi Çin hökumətinin 2022-ci ilin sonlarında həyata keçirdiyi “sıfır Kovid-19” siyasətindən əl çəkdikdən sonra ölkədə istehlak və iqtisadi fəallığın gözləniləndən daha sürətli bərpa olunduğunun sübutudur.

Qeyd edək ki, agentlik Çindəki iqtisadi canlanmanın əsasən istehlakdan qaynaqlandığı düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et