Fitch: Çindəki bərpa qlobal artımı gücləndirəcək | Banco.az

Fitch: Çindəki bərpa qlobal artımı gücləndirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” Çindəki gözləniləndən daha güclü bərpanın qlobal artıma da fayda verəcəyini bildirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch”in verdiyi açıqlamada hökumətin "sıfır Kovid-19" siyasətindən imtina etməsindən sonra Çin iqtisadiyyatı üçün 2023-cü il üzrə artım proqnozunun 4,1 faizdən 5 faizə artırıldığı xatırladılıb.

Bununla belə, vurğulanıb ki, qlobal monetar siyasətlərin sərtləşdirilməsi ilə Çin ixracatına olan tələbin azalması və ölkədə makro siyasətin yumşaldılması ehtimal edilmədiyindən 2021-ci ildə qeydə alınan 8,4 faizlik artım kimi güclü canlanmanın gözlənilmir.

Çində gözləniləndən daha güclü iqtisadi canlanmanın qlobal böyüməyə də fayda verəcəyi, Çinin böyümə proqnozunda təxminən 1 ballıq artımın qlobal iqtisadi perspektivlər üçün 1,4 faizlik artım proqnozunu avtomatik olaraq 0,2 bənd artıracağı ifadə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram