Fitch "Azsığorta"nın reytinqini açıqladı | Banco.az

Fitch "Azsığorta"nın reytinqini açıqladı

“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində təsdiqləyib. 

Bu barədə agentliyin açıqlamasında bildirilir. 

Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir. 

"Fitch" bəyan edib ki, bu reytinq bir sıra iqtisadi təsirləri, o cümlədən koronovirus (COVID-19) pandemiyasının mənfi təsirlərini, “Azsığorta”nın "Adequate" kateqoriyasında “Prism Factor-Based Model (FBM)” balı ilə ölçülən “Fitch-in pro-forma” analizinə əsasən möhkəm kapital mövqeyini özündə əks etdirir. 

Bundan başqa, agentlik hesab edir ki, “Azsığorta” rəqiblərinin güclü təzyiqi ilə bazarda uyğun mövqe tuta bilməyib. 

"2019-cu ildə "Azsığorta"nın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından daxilolmaları 2018-ci ildə nisbətən 13% azalıb, şirkətin bazar payı 3%-dən 2%-ə düşüb. Sığortaçı sözügüdən sığorta növü üzrə əsas kanallarını itirib", - deyə açıqlamada qeyd olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et