"Fitch": Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 24% olacaq | Banco.az

"Fitch": Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 24% olacaq

Azərbaycanın tədiyyə balansında cari hesabın kəsirinin ÜDM-ə nisbətinin 2017-ci ildə 2,4%, 2018-ci ildə isə 5% təşkil edəcəyi gözlənilir.

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin müstəqil reytinqlər üzrə direktoru Pol Gembl (Paul Gamble) Agentliyin Bakıda keçirilən VI illik konfransında bildirib.

Agentliyin proqnozlarına görə, Azərbaycanda ÜDM 2017-ci ildə 0,2%, 2018-ci ildə isə 1,7% artacaq. İnflyasiyanın bu il 9%, gələn il isə 5% səviyyəsində olacağı proqnozlaşdırılır. Həmçinin, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 2017-ci ildə 24%, gələn il isə 25,1% olacağı ehtimal edilir.

Mənbə: Report.az