"Fitch Ratings", "Azərbaycanın bank sektorunun sabitləşdiyi görünür. Amma hələ də yüksək səviyyədəki dollarlaşma (yerli pul vahidi əvəzinə ABŞ dollarının başlıca olaraq istifadə edilməsi) bankları yerli valyutadakı dəyər itkisi qarşısında həssas vəziyyətdə qoyur" açıqlamasını edib.
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", Azərbaycanın bank sisteminin sabitləşdiyini, amma ölkədə dollarlaşmanın hələ də yüksək səviyyədə qaldığını bildirib.
Agentlikdən verilən açıqlamada, "Azərbaycanın bank sektorunun sabitləşdiyi görünür. Amma hələ də yüksək səviyyədəki dollarlaşma (yerli pul vahidi əvəzinə ABŞ dollarının başlıca olaraq istifadə edilməsi) bankları yerli valyutadakı dəyər itkisi qarşısında həssas vəziyyətdə qoyur",- ifadələrinə yer verilib.
Açıqlamada, bank sektorundakı kreditlərdə və əmanətlərdə yerli pul vahidindən xarici pul vahidlərinə doğru olan meylin son illərdə daha az olduğu, lakin dollarlaşmanın azalmasına baxmayaraq hələ də yüksək səviyyədə qaldığı qeyd olunub.
2015-ci ilin sonunda bankların cəmi kreditlərində xarici valyutadakı kreditlərin payının 49 faiz səviyyəsində olduğu, bunun ötən ilin sonunda 38 faiz səviyyəsinə gerilədiyi vurğulanıb.
Yenə eyni dövrdə yerli valyutada tətbiq edilən yüksək faiz səbəbilə banklardakı cəmi əmanətlərdə xarici valyutanın payının isə 82%-dən 65% səviyyəsinə gerilədiyi qeyd edilib.
Marja