Yüksək dollarlaşmadan əziyyət çəkən Azərbaycanın bank sektoru milli valyutanın devalvasiyasından ciddi zərər görüb.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin "Dollarisation in CIS/Georgian Banking Sectors" adlı hesabatında deyilir.
Hesabatda deyilir ki, analoji hal yalnız Azərbaycanda deyil, eyni zamanda MDB və Gürcüstanda müşahidə olunur: "Lakin daha çox zərərlə Azərbaycan və Ukraynanın bank sektoru üzləşib. Çünki bu ölkələrin bankları lazımi normativ dəstəyi ala bilmədi. Qazaxıstan, Rusiya, Gürcüstan və Belarusun bank sektoru dövlətdən daha çox dəstək gördü".
Hesabat müəllifləri hesab edir ki, Azərbaycanın bank sektoru kapitallaşma problemi ilə üzləşib. Buna səbəb neftin ucuzlaşması səbəbindən iqtisadi artım tempinin azalmasıdır.
APA