Fitch AtaBank-ın reytinqini yeniləyəcək | Banco.az

Fitch AtaBank-ın reytinqini yeniləyəcək

"Fitch" beynəlxalq reytinq agentliyi dekabrın 20-də bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq “Atabank” ASC-nin reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

Agentliyin yaydığı məlumata istinadən xəbər verilir ki, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, "Fitch" "ccc" reytinq proqnozu səviyyəsinə "+" və "-" modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, “Atabank”ın hazırda "CCC" səviyyəsində olan emitentin uzunmüddətli defolt reytinqi və “ccc” səviyyəsində olan dayanıqlılıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, bundan sonra agentlik bankın risk profilinə əsasən “CCC'/'ccc” dərəcəsi çərçivəsində reytinq proqnozlarını (CCC+/ccc+) səviyyəsinə qaldıra, (CCC/ccc) səviyyəsində təsdiq edə və ya (CCC-/ccc-) səviyyəsinə endirə bilər.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et