“Fitch” “AFB Bank”ın reytinqini təsdiqləyib | Banco.az

“Fitch” “AFB Bank”ın reytinqini təsdiqləyib

“Fitch” beynəlxalq reytinq agentliyi “AFB Bank” ASC-nin uzunmüddətli defolt reytinqini (EDR) "B” səviyyəsində təsdiq edib.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun reytinq üzrə proqnozu “Sabit”dir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et