“Fitch” ABŞ-ın uzunmüddətli kredit reytinqini aşağı salıb | Banco.az

“Fitch” ABŞ-ın uzunmüddətli kredit reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” reytinq agentliyi ABŞ-ın uzunmüddətli kredit reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"a endirib və proqnozu mənfidən sabitə dəyişib.

“Fitch”in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, ABŞ-ın reytinqinin aşağı salınması yaxın 3 ildə gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, yüksək və artan ümumi dövlət borc yükünü, təkrarlanan borc limiti dilemmalarını və son dəqiqə qərarlarında özünü biruzə verən idarəetmədəki boşluqları əks etdirir.

Qeyd edək ki, sözügedən bəyanatdan sonra açıqlama verən ABŞ-ın maliyyə naziri Canet Yellen “Fitch”in qərarı ilə qətiyyən razılaşmadığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram