Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch” ABŞ-ın kredit reytinqini mənfi fazaya keçirib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” borc limiti dilemması səbəbindən ABŞ-ın "AAA" olan kredit reytinqini mənfi fazaya keçirib.
Agentliyin yaydığı bəyanatda qeyd olunub ki, sözügedən qərar ABŞ Federal Hökumətinin 31,4 trilyon dollarlıq borc limitinə çatması və Maliyyə Nazirliyi tərəfindən borc limitinin keçilməsinin qarşısını almaq üçün görülən fövqəladə tədbirlərin tükənməsi ilə dövlətin nağd vəsait çatışmazlığı astanasında olmasına baxmayaraq, borc limitinin artırılması və ya dayandırılması barədə qərarın qəbul edilməsinə mane olan artan siyasi partizanlığı əks etdirir.
Xatırladaq ki, ABŞ hökuməti yanvarın 19-da 31,4 trilyon dollarlıq borc limitinə çatmış və Maliyyə Nazirliyi bu limiti keçməmək üçün fövqəladə tədbirlər görməyə başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!