"Fitch" ABŞ-da istehlak xərclərinin azalacağını proqnozlaşdırıb | Banco.az

"Fitch" ABŞ-da istehlak xərclərinin azalacağını proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlak xərcləri aşağı düşə bilər.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-da əmək bazarının soyuması, əmək haqqı artımının yavaşlaması, həddindən artıq qənaətə görə istehlak artımının azalması ABŞ Federal Ehtiyat Sisteminin (FED) aqressiv sərtləşdirmə tsiklinin gecikmiş təsirləri səbəbindən bu ilin dördüncü rübündən etibarən istehlak xərclərinin əhəmiyyətli dərəcədə azalmasını gözləyir.

Qurumun açıqlamasında real istehlak xərclərinin cari ilin birinci rübündə illik 4,3 faiz, ikinci rübdə isə 1,7 faiz artdığı qeyd olunub.

Bununla yanaşı, ilin üçüncü rübündə də 3 faiz artım qeydə alınacağı proqnozlaşdırılıb.

Açıqlamada həmçinin bildirilib ki, cari ilin dördüncü rübündə real istehlak xərclərinin artımının 1,2 faizə qədər geriləməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Gələn ilin birinci rübündə isə istehlak xərclərinin illik 0,8 faiz, ikinci rübündə də 3 faiz azalacağı ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et