Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch Ratings” ABŞ-da fəaliyyət göstərən bankları borc limiti ilə bağlı xəbərdar edib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-da borc limitinin dalana dirənməsinin ölkə banklarının əməliyyat mühitinə təzyiq göstərə biləcəyini bildirib.
Bu barədə adentlik rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, federal hökumətin ABŞ-da borc limitini artırmaması və ya təxirə salmaması ilə bağlı mümkün mənfi ssenari, bazarın pozulması da daxil olmaqla, ABŞ banklarına dolayı təsir göstərə bilər ki, bunun da bankların əməliyyat mühitinin və etibarlılığının qiymətləndirilməsi üçün mənfi nəticə yaratma ehtimalı mövcuddur.
Açıqlamada bu ssenarinin hal-hazırda baş verməsinin gözlənilmədiyi bildirilsə də, borc limitinin dalana dirənməsinin ABŞ bankları üçün əməliyyat mühitində təzyiqə səbəb ola biləcəyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!