"Fitch" ABB-nin reytinqini təsdiqləyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Fitch" ABB-nin reytinqini təsdiqləyib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinə yenidən baxıb.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, agentlik bankın kredit reytinqini "BB" səviyyəsində saxlayıb.

Agentliyin mütəxəssisləri bildirir ki, bu qərar Azərbaycan hökumətinin bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi dəstəyi əks etdirir.

Məlumatda qeyd edilib ki, noyabr ayında və dekabr ayının əvvəlində bankın 2 mlrd. manat həcmində problemli krediti təmizlənib: "Bank bundan əldə olunan vəsaitin böyük qismini xarici valyutaya konvertasiya edib. Qalan 1 mlrd. manat həcmində problemli kreditin cari ilin sonuna qədər təmizlənməsi planlaşdırılır".

Bankın rəhbərliyindən "Fitch"ə verilən məlumata görə, aktivlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri addımlar atılacaq.