“Fitch” 2023-cü il üçün qlobal artım proqnozunu dəyişib | Banco.az

“Fitch” 2023-cü il üçün qlobal artım proqnozunu dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” reyting agentliyi 2023-cü il üzrə qlobal artım proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” “Qlobal İqtisadi Görünüş Hesabatı”nın mart sayını dərc edib.

Hesabatda qlobal iqtisadiyyatın 2023-cü il üçün artım proqnozu 1,4 faizdən 2 faizə yüksəldilib.

"Fitch"in Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq qlobal artım proqnozunu artırdığı qeyd edilən hesabatda sözügedən artımın Kovid-19 məhdudiyyətlərindən sonra Çinin yenidən açılması, Avropadakı təbii qaz böhranının nisbətən səngiməsi və ABŞ-da istehlak tələbindəki dayanıqlılıq ilə bağlı olduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çinin 2023-cü il üzrə artım proqnozu dekabrdakı 4,1 faizlik göstəricidən 5,2 faizə, Avrozona üçün irəli sürülmüş 0,2 faizlik artım 0,8 faizə, ABŞ-ın 0,2 faizlik proqnozu isə 1 faizə çatdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et