"Fintexlərin ekosistemə rahat daxil olması üçün qanun qəbul olunmalıdır” | Banco.az

"Fintexlərin ekosistemə rahat daxil olması üçün qanun qəbul olunmalıdır”

"Fintexlərin həm tənzimlənməsi, həm də ekosistemə rahat daxil olmasını dəstəkləmək üçün perspektivdə ödəniş xidmətləri haqqında qanun layihəsinin ərsəyə gəlməsi istiqamətində işləri özündə ehtiva edir".

Bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib.

“Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə strateji yol xəritəsi var. Ümidvarıq ki, cari ilin sonuna qədər ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun layihəsi ərsəyə gələcək və açıq bankçılıq təcrübələrini dəstəkləyəcək. Açıq bank təcrübəsinin Mərkəzi Bank tərəfindən dəstəklənməsi bizim bu istiqamətdə gördüyümüz işlərdəndir”, - F. Osmanov deyib.

Onun sözlərinə görə, nağdsız ödənişlərlə bağlı statistik göstəricilərin dinamik artımı göstərir ki, ölkədə nağdsız cəmiyyətin formalaşması, iqtisadiyyatın ağardılması istiqamətində həm Mərkəzi Bank, həm də aidiyyəti qurumlar birbaşa təşəbbüslər göstərir: "Bu həm də qanunvericilik islahatları nəticəsində aparılan silsilə tədbirlərin nəticəsidir”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram