Finlandiyanın enerji xərcləri iki dəfə artıb | Banco.az

Finlandiyanın enerji xərcləri iki dəfə artıb

Finlandiya 2022-ci ildə enerji idxalına 18,8 milyard avro xərcləyib.

Banco.az xəbər verir ki, müvafiq məbləğ ötən illə müqayisədə 86% çoxdur. Rusiya enerji daşıyıcılarının 2022-ci ildə ölkəyə verilən ümumi enerjidə payı 52%-dən 18%-ə qədər azalıb. Finlandiyanın xərcləri daha çox neft alışına sərf olunub.

Elektrik enerjisi tədarükü 21% azalaraq 19 TVt/saata düşüb. Bununla yanaşı, Finlandiya 2022-ci ilin may ayından bəri Rusiyadan elektrik enerjisi almır.

Daş kömürünün alışı 2,2 dəfə artaraq 2,5 milyon tona, təbii qazın alışı 52 faiz azalıb, dəyəri isə 48 faiz artıb. Qeyd edək ki, ölkə 2022-ci ilin may ayından Rusiyadan qaz alışını dayandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram