Finlandiyada inflyasiya sürətlənib | Banco.az

Finlandiyada inflyasiya sürətlənib

Müəllif - Aida İsaq, Banco.az

Finlandiyada inflyasiya 2023-cü ilin fevral ayında artan ipoteka faizləri fonunda sürətlənib.

Banco.az xəbər verir ki, ölkədə fevral ayı üzrə inflyasiya 8,8%-ə yüksəlib. Bir ay əvvəl isə bu rəqəm 8,4% səviyyəsində olub. İnflyasiyanın yüksəlməsi əsasən mənzil kreditləri üzrə orta faiz dərəcəsinin artması və istilik təchizatı qiymətlərinin bahalaşması ilə bağlı olub. Eyni zamamda elektrik enerjisi qiymətlərinin artması ilə əlaqədar olaraq fevral ayında sentin də bahalaşdığı bildirilir.

Qeyd edək ki, Finlandiya sakinlərinin enerji böhranı səbəbindən 2021-ci ilə nisbətən 2022-ci ildə elektrik enerjisinə görə 5 milyard avro daha çox ödədikləri məlum olub. Belə ki, 2022-ci ilin ikinci yarısında hər kilovat-saatın orta qiyməti 20 sentə çatıb. 2020-ci ildə müvafiq səviyyə 8 sent təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et