Finlandiya ötən ilin sonunda tənəzzül mərhələsinə daxil olub | Banco.az

Finlandiya ötən ilin sonunda tənəzzül mərhələsinə daxil olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Finlandiya iqtisadiyyatı ötən ilin 4-cü rübündə 0,2% daralıb.

Banco.az xəbər verir ki, Finlandiya iqtisadiyyatı 2022-ci ilin son üç ayında ardıcıl ikinci rübdür ki, daralma göstərib ki, bu da Skandinav ölkəsinin artıq tənəzzüldə ola biləcəyinə işarə edir.

Finlandiya Statistika Təşkilatının çərşənbə axşamı açıqladığı və ilkin hesablamara istinad edilmiş məlumatlara görə, mövsüm təsirlərindən kənarlaşdırılmış Ümumi Daxili Məhsul (ÜDM) dördüncü rübdə əvvəlki üç aylıq dövrlə müqayisədə 0,2% azalıb.

Qeyd edək ki, Avropanın əksər ölkələrinə təsir göstərən sürətli inflyasiya artımı və nəticədə faiz dərəcələrinin kəskin yüksəlməsi Finlandiyanın ixracyönümlü iqtisadiyyatına da ağır zərbə vuran amillər hesab edilir. Qiymətlərin sürətlə bahalaşması isə şəxsi istehlaka da əsaslı təsir göstərir ki, bu da əvvəlki böhran dövrlərində ölkə iqtisadiyyatının böyüməsinə başlıca töhfə verən seqmentin rolunu zəiflədir.

Ən sərfəli kredit üçün müraciət et

Onu da vurğulayaq ki, ekspertlər 2023-cü ildə ümumilikdə Finlandiya iqtisadiyyatı üçün mülayim tənəzzül proqnozlaşdırsalar da, bu vəziyyətin 2024-cü ildə artımla əvəz olunacağını bildirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et