Finlandiya hökuməti "Microsoft" şirkətini xəyanətdə ittiham edib | Banco.az

Finlandiya hökuməti "Microsoft" şirkətini xəyanətdə ittiham edib

Şirkət 18 min işçini ixtisar edəcəyi ilə bağlı qərar qəbul etdikdən sonra kəskin etirazlarla qarşılaşıb. "Microsoft"un bu qərarının Finlandiya dövləti baxımından əhəmiyyəti isə böyükdür. Çünki ixtisar olunacaq 12500 nəfər "Nokia" işçisidir və onların böyük bir qismi Finlandiyadakı zavodlarda, ofislərdə işləyirlər. 

Vətəndaşlarının işdən çıxarılmasından narahat olan Finlandiya ölkədə ciddi işsizlik problemi yaranacağından ehtiyat edir. Finlandiyanın İqtisadiyyat naziri Antti Rinne bildirib ki, "Microsoft" əvvəllər Finlandiya və "Nokia"nın təcrübəsindən faydalanacağını desə də, sonradan fikrini dəyişərək Finlandiyaya xəyanət edib. 

"Microsoft"un ixtisar qərarı "Nokia"nın bir neçə iri layihəsinin ləğv edilməsinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et