Fındıqdan 1 milyard 592 milyon dollar gəlir götürüb | Banco.az

Fındıqdan 1 milyard 592 milyon dollar gəlir götürüb

Qaradəniz Fındıq və Məmulatları İxracatçıları Birliyindən (KFMİB) alınan məlumata görə, Türkiyə, geridə qalan mövsümdə 115 ölkəyə 269 min 399 ton fındıq ixrac edərək 1 milyard 592 milyon 737 min dollar gəlir götürüb.

Ən çox fındıq Almaniyaya ixrac olunub. Almaniyaya keçən mövsüm 67 min 318 ton fındıq satılaraq 370 milyon 629 min dollar qazanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Almaniyadan sonra ən çox fındıq ixrac edilən ölkələr arasında İtaliya ikinci, Fransa üçüncü yerdədir. İtaliyaya 334 milyon 953 min dollar qarşılığında 55 min 655 ton, Fransaya isə 115 milyon 946 min dollar qarşılığında 19 min 344 ton fındıq satılıb.

Türkiyə Çin bazarına fındıq ixracını daha da artırmağı hədəfləyir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et