“FINCA” dan yeni iş elanı | Banco.az

“FINCA” dan yeni iş elanı

Hal-hazırda “FINCA Azerbaijan” REGİONAL ƏMƏLİYYAT MENECERİ vəzifəsinə işçi axtarır.

Hesabat verir: Baş Əməliyyat Menecerinə

Əsas öhdəliklər:

  • FINCA filiallarının rəqabətə davamlığını, üstünlük və mənfəət hədəflərinə çatmağını təmin edir;
  • Əsas biznes heyətinin tələblərə cavab verən səriştəliliyini və yüksək səviyyəli texniki bacarıqla əməliyyat göstərməyini təmin etməyə məsuliyyət daşıyır;
  • FINCA məhsulunun, kredit qaydalarının məsuliyyətli şəkildə həyata keçirilməsini təmin edir;
  • İdarəetmə qrupunun bir üzvü kimi o, FINCA filiallarının ümumi performansı və fəaliyyətinə görə məsuliyyət daşıyır və strateji məsələlər üzrə qərar qəbul edilməsində iştirak edir;

Yalnız aşağıdakı şərtlərə uyğun gələn namizədlrə ərizə ilə müraciət edə bilərlər:

  • Biznesin İdarəedilməsi, Menecment, Maliyyə, İqtisadiyyat və ya bununla əlaqədar sahədə bakalavr dərəcəsi, yaxud bu sahədə iş təcrübəsi. Magistr dərəcəsi və ya bu sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək;
  • Ən azı bank və ya mikromaliyyə sahəsində, əməliyyatların idarəedilməsində 4 il iş təcrübəsi;
  • İdarə Heyətinin üzvü kimi təcrübə arzu olunandır;
  • Maliyyə institutları üçün strateji/əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində təcrübə;
  • Mükəmməl təşkilati, planlaşdırma, analitik və problem həll etmə bacarığı;
  • Yüksək səviyyəli müştəri xidmətləri və sahədə işləmək üçün hazırlıq;
  • Biznesin idarəolunması və danışıqlar aparılması sahələrində bacarıqlar;
  • Geniş işçi heyətinin həvəsləndirilməsi və idarə olunmasında təcrübə;
  • Əla ünsiyyət, əlaqə və təlim bacarıqları;
  • Yüksək texniki hesabat yazmaq və komputer bilikləri;
  • Səlis azərbaycan və rus dili  bilikləri, yaxşı ingilis dili bilikləri olanlara üstünlük verilir;

Ərizələrin (CV) son qəbul tarixi 10 Oktyabr 2014-cü ildir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı tarixindən [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “RƏM” və ya iş elanının nömrəsini (№621/14) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs