“FINCA Azerbaijan”dan yeni iş elanları! | Banco.az

“FINCA Azerbaijan”dan yeni iş elanları!

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  İnformasiya Texnologiyaları Stajçısı vəzifəsinə işçi qəbulu elan edir.

Tələb olunanlar:

  • İnformasiya Texnologiyaları sahəsində ali təhsil;
  • İnformasiya Texnologiyaları üzrə təməl biliklər;
  • Hardware üzrə təməl biliklər;
  • Bölgələrə səfər etmək məhdudiyyətinin olmaması.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 İyul 2014-cü il gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№431/14) qeyd etməklə göndərə bilərsiniz.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Stajçı İnsan Resursları Köməkçisi vəzifəsinə işçi qəbulu elan edir.

Stajçı İnsan Resursları Köməkçisinin stajkeçmə dövründə əsas rolu:

  • İR idarəedilməsi, xüsusi ilə İR inzibatçılığı işi ilə bağlı təşkilatdaxili Təlimatlar və Əmək qanunvericiliyi əsasında verilən müvafiq təlimləri (iş əsnasında və materiallardan), materialları mənimsəmək
  • İşə qəbul, işdən azad olma prossesinin və İR-lə əlaqəli sənədləşmələrin həyata keçirilməsində;
  • İRMS-də (İnsan Resursları Məlumatları Sistemi) işçi heyəti barədə məlumatlarının daxil edilməsində;
  • İR şöbəsinin digər faəliyyət sahələrində (İşəqəbul, Təlim və s.)  bilik və bacarıqların əldə edilməsi və ehtiyac olduqda bu sahələrdə verilən tapşırıqları yerinə yetirmək.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali Təhsil (İnsan Resurslarının İdarə Olunması, Psixologiya, İqtisadiyyat, Hüquq sahəsində olması arzuolunandır);
  • Şifahi və yazılı Azərbaycan dili bacarıqları (ingilis dilini bilənlərə üstünlük verilir);
  • MS Office proqramları, xüsusilə MS Excel, MS PowerPoint, MS Word ilə sərbəst işləmək bacarığı;
  • Diqqətcillik,
  • Uyğunlaşmaq bacarığı,
  • Şifahi və yazılı ünsiyyət,
  • Fəal dinləmə bacarığı,
  • Komanda ilə işləmək bacarığı,
  • Şəxiyyətlərarası ünsiyyət bacarığı,
  • Təşkilatçılıq bacarığı,
  • Yeni bilik və bacarıqların öyrənilməsinə hazır olmaq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 27 İyul 2014-cü il gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№434/14) qeyd etməklə göndərə bilərsiniz.

Bundan əlavə, vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini aşağıdakı ünvana göndərməklə də müraciət edə bilərlər:

Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et