"FINCA Azerbaijan” Tərcüməçi vəzifəsinə işçi axtarır | Banco.az

"FINCA Azerbaijan” Tərcüməçi vəzifəsinə işçi axtarır

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün Tərcüməçi vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Tərcüməçi təşkilatın yazılı materiallarının ingilis-rus dilindən azərbaycan dilinə və ya əksinə, həmçinin iclaslar-seminarlar zamanı sinxron tərcümələrin edilməsinə məsul olacaqdır.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

·        Vəzifəyə uyğun ali təhsil;

·         Bu sahədə ən azı 1 il iş təcrübəsi;

·         Azərbaycan, ingilis və rus dilində sərbəst danışmaq və yazmaq;

Ən sərfəli kredit üçün müraciət et

·         Sinxron tərcümə etmə bacarığı (görüşlərdə, konfranslarda və s.);

·         İqtisadi terminalogiyanı bilmək.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə əsli [email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№874/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 85\86\87

Ən sərfəli krediti almaq üçün müraciət et