“FINCA Azerbaijan” iddialı gənc namizədlər axtarır | Banco.az

“FINCA Azerbaijan” iddialı gənc namizədlər axtarır

Arzuladığınız iş mühiti və geniş karyera imkanları üçün “FINCA Azerbaijan”-da mövcud olan cari vakansiyalara müraciət edə bilərsiniz.

Banco.az portalı olaraq, vakansiyalar barədə ətraflı məlumatı sizin diqqətinizə çatdırırıq:

 “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı Naxçıvan şəhərində yerləşən filiallarına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır. Gənc Kredit İşçisi kimi seçiləcək namizədlər  40 gün davam edən layihənin sonunda imtahan verəcək və nəticədən asılı olaraq həmin şəxslərin Kredit İşçisi vəzifəsinə keçirilməsi müəyyənləşdiriləcəkdir.

TƏLƏBLƏR:

  • Ali və ya orta texniki təhsilli məzunlar;
  • Baza riyazi biliklər;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;
  • Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;
  • Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;
  • Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək;
  • Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 28 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni və iş elanının nömrəsini (№616/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim etməyiniz xahiş olunur:

Ünvan: Naxçıvan, H.Əliyev pros., 29A

Telefon:  (036) 544 54 37: (055) 455 25 75

”FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı CƏLILABAD  FİLİALI üçün “Məlumat Daxiletmə Operatoru” vəzifəsinə işçi axtarışı elan edir. Məlumat Daxiletmə Operatoru filial daxili müştərilərin gündəlik ödənişlərini mövcud məlumat bazasına daxil edəcək və gecikmə hesabatlarını hazırlayacaq. 

Məlumat Daxiletmə Operatoru vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya kollec təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır);
  • Microsoft Office proqramlarını (əsasən MS Excel) yaxşı bilmək və sürətli çapetmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV)

Ən sərfəli kredit üçün müraciət et

03 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№613/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Cəlilabad, Azərbaycan küç.

Telefon: (025) 245 54 91: (055) 455 25 72

“FINCA Azərbaycan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün “HÜQUQ İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ” vəzifəsinə işçi axtarışı elan edir. 

Bu vəzifənin əsas məqsədi Hüquq Departamentinin gündəlik fəaliyyətinin təmin olunması üçün dəstəyin verilməsidir.

Əsas vəzifə və öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;

• Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Borcunu ödəməyən müştərilərə qarşı müvafiq xəbərdarlıq məktublarını göndərmək, iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək;
• Hüquq Departamentinin fəaliyyəti zamanı inzibati işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək;
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır);

• İstənilən sahədə 1 illik iş təcrübəsi və ya yüksək təhsil göstəricilərinin olması arzuolunandır;

• Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini bilənlərə üstünlük veriləcəkdir;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 8 Oktyabr  2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et