FINCA Azerbaijan $40 milyonluq kredit sazişi imzalayacaq | Banco.az

FINCA Azerbaijan $40 milyonluq kredit sazişi imzalayacaq

"FINCA Azerbaijan" təşkilatına Niderland İnkişaf Bankı, Avstriya İnkişaf Bankı və Kanadanın böyük investor şirkəti Cordiant tərəfindən 40 milyon ABŞ Dolları dəyərində kredit  ayrılacaq.

Noyabrın 26-da kredit sazişinin imzalanması ilə bağlı rəsmi mərasim də keçiriləcək.

Kreditin/investisiyanın ayrılması münasibətilə rəsmi şəkildə imzalanma mərasiminə həsr olunmuş mətbuat konfransında Niderland və Avstriya səfirliklərinin, Deloitte və eləcə də ölkədə fəaliyyət göstərən digər yerli və beynəlxalq maliyyə qurumlarının, investorların təmsilçilərinin və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, tədbirdə "FINCA Azerbaijan" tərəfindən keçirilən digər sosial layihələr, son ayların maliyyə göstəriciləri və gələcək planlar barədə ətraflı məlumat veriləcəkdir.