Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Banco.az-a daxil olan məlumata əsasən, “FinansLizinq” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
|
Dövlət qeydiyyat nömrəsi |
AZ2018006570 |
|
Emissiyanın həcmi |
300 000 ABŞ dolları |
|
Yerləşdiriləcək istiqrazların sayı |
600 ədəd |
|
Bir istiqrazın nominal dəyəri |
500 ABŞ dolları |
|
İstiqrazların tədavül müddəti |
1080 gün |
|
İstiqraz üzrə faiz dərəcəsi |
14 % |
|
Faiz ödəniş dövrünün müddəti |
3 aydan bir |
|
Anderrayter |
“Texnika Kapital Menecment” MMC |
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“FinansLizinq” ASC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.
